top
Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!
31 iyul 2025, 14:52
- ↺ +

Keçmiş məmurun biznesmen oğlu məhkəməyə gəlmir - Son xəbərdarlıq!

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun biznesmen oğlu Babək Məmmədzadə nədənsə zərərçəkmiş kimi tanındığı məhkəmədə iştirak etməkdə maraqlı deyil.

Qafqazinfo.az-ın məlumatına görə, iş adamının laqeydliyi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ardıcıl bir neçə iclası yarımçıq qoyub.

İş adamı iddia edir ki, müğənni Elarizin kürəkəni kimi tanınan 33 yaşlı birjaçı Nizami Alışan onun 1 milyon 300 min dollar pulunu dələduzluq yolu ilə ələ keçirib.

Amma aldanan tək o, deyil. Babək kimi daha iki biznesmen də cinayət işində zərərçəkmiş kimi tanınıb. Bunlardan biri Nərimanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, digəri isə iş adamı Yadigar İsrafilovdur. Onlar şikayətlənirlər ki, Nizami Alışan hər üçünü internet üzərindən gəlir əldə etmək vədinə inandıraraq birja tipli platformaya yatırım etməyə təşviq edib.

Əvvəlcə gəlir əldə olunsa da, daha sonra qoyulan vəsaitlər batıb. Babək, Zeynal və Yadigar birləşib pullarının itməsində birbaşa Nizamini günahlandırıblar. O isə özünü təqsirli bilmir. Deyir ki, zərərçəkmiş adlandırılan şəxslər bu prosesdə könüllü iştirak ediblər və yalnız son anda ziyana düşəndə onu ələ veriblər.

Bugünkü iclasda Nizami yenə sinif yoldaşı Babəkdən söz açıb. Həbsini məhz onun təşkil etdiyini deyib. Təqsirləndirilən şəxsin dedikləri məhkəmə zalında vatsap yazışmalarına baxılarkən təsdiqini tapıb. Yazışmalardan görünür ki, Babək söhbət etmək üçün Nizamini öz ofisinə çağırıb. Birlikdə söhbət etdikləri vaxt da polis əməliyyat keçirib. Cinayət işində epizodların sayı kifayət qədər çox olmasa da, çoxsaylı qaranlıq məqamlar olduğu diqqət çəkir.

Prosesin irəliləməsində ən ciddi əngəllərdən biri zərərçəkmiş Babək Məmmədzadənin davamlı olaraq məhkəmə çağırışlarına məhəl qoymamasıdır. Baxmayaraq ki, külli miqdarda pul itirən biri kimi bütün işin hərtərəfli araşdırılmasında elə özü maraqlı olmalıdır. Artıq üçüncü dəfədir ki, o, hakimin çağırışlarına gəlmir.

Xanım hakim bu gün ona vəkili vasitəsilə son xəbərdarlığını göndərib. Növbəti dəfə məhkəməyə gəlməyəcəyi halda məhkəmə məcburi gətirilmə üçün polisə müraciət edəcək. Onun iştirakı təmin edilənə qədər proses təxirə salınıb.

Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir. O, 1 ildən çoxdur həbsədir

Son xəbərlər

Binəqədi
Bu gün, 15:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Bu gün, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Bu gün, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Bu gün, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Bu gün, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Bu gün, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Bu gün, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Bu gün, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Bu gün, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Bu gün, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Bu gün, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Bu gün, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Bu gün, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
Dünən, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Dünən, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Dünən, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Dünən, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Dünən, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Dünən, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Dünən, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Dünən, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Oxşar xəbərlər