top
Müdafiə Nazirliyində mühüm müşavirə
05 aprel 2025, 05:56
- +

Müdafiə Nazirliyində mühüm müşavirə

Aprelin 5-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Bakuplus.az-a verilən xəbərə görə, videobağlantı formatında keçirilən iclasda nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ordu quruculuğunun ölkəmizdə prioritet məsələlərdən biri olduğunu qeyd edən müdafiə naziri bölmələrin xidməti-döyüş fəaliyyətlərinin təkmilləşdirilməsi, eləcə də döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Müdafiə naziri bildirib ki, tarixi Zəfərin sülh danışıqlarına yol açdığını qeyd edən Ali Baş Komandan Azərbaycan Ordusunun xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı döyüş əməliyyatlarında nümayiş etdirdiyi peşəkarlığı yüksək qiymətləndirib, bununla da qarşımızda daha məsuliyyətli vəzifələr qoyub.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər qarşı tərəfin bölmələrimizi mütəmadi olaraq atəşə tutması, mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib. Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra Azərbaycan Ordusunda aparılan uğurlu islahatların müsbət nəticələrindən danışılıb, cari il ərzində həyata keçirilən və planlaşdırılan tədbirlər müzakirə edilib.

Qoşunların döyüş imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan nazir müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən hərbi təlimlərin intensivliyinin qorunub saxlanılmasını və texnoloji yeniliklərin tətbiqi ilə keyfiyyətinin daim artırılmasını tapşırıb. Müasir informasiya texnologiyaları vasitələrinin kibertəhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərlə bağlı göstərişlər verib.

Hərbi təhsil sistemində əlçatanlığın, əhatəliliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tətbiq edilən yeni forma və metodlar nəzərə alınmaqla bölmələrin peşəkar kadr heyəti ilə komplektləşdirilməsinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti qeyd olunub.

Nazir müxtəlif ixtisaslı hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarında onların bilik və bacarıqlarının artırılması, həmçinin silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydalarının öyrədilməsi üzrə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənəvi-psixoloji hazırlığı, xüsusilə kəskin relyefli ərazilərdə dislokasiya olunan bölmələrin maddi-texniki təminatı, keyfiyyətli qidalanmasının təşkili, həmçinin təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi barədə tələblər bir daha komandir heyətinə çatdırılıb.

Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verilib.

Hərbi qulluqçularla mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsi və icra edilən fəaliyyətlərin nizamnamələrin tələblərinə uyğun tənzimlənməsinin vacibliyi vurğulanıb.

Qoşunların mövsümə uyğun bütün növ ehtiyatlarla təmin edilməsi, silah və texnikanın yaz-yay mövsümü istismarı rejiminə keçidinə hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

Müşavirədə, həmçinin azad edilmiş ərazilərdə təhlükəsizlik qaydalarına əməl olunmaqla aparılan mühəndis tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Sonda general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın etimadını hər zaman doğrultduğunu, bundan sonra da doğruldacağını əminliklə ifadə edib.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

AFFA "Neftçi"ni bu pankarta görə 15 000 manat cərimələdi

Xəbər
Dünən, 17:30

"Yeni diaqnostika üsulları vərəmlə mübarizədə nəticələri yaxşılaşdırır?" - İnstitut direktoru

Xəbər
Dünən, 16:30

Evdən meyit tapıldı

Xəbər
Dünən, 15:30

Aeroport yolunda avtomobil iki piyadanı vurub

Xəbər
Dünən, 15:04

Azərbaycanlı ekspert Uruqvay dövlət kanalında Naxçıvana hücumdan danışdı

Xəbər
Dünən, 14:30

Bakıda çılpaq gəzən qadın psixi xəstəxanaya yerləşdirildi

Xəbər
Dünən, 13:30

Sabah Bakıda 12 dərəcə isti olacaq - PROQNOZ

Xəbər
Dünən, 12:30

"Şəbnəm efirdə qadağa olmayıb" - Şəbnəm Tovuzlu

Xəbər
Dünən, 11:30

24 yaşlı tələbə vəfat etdi

Xəbər
Dünən, 11:23

Ermənistana göndərilən Rusiya taxılı Biləcəridən yola düşüb - YENİLƏNİB

Xəbər
Dünən, 10:30

Fincanla mağaza sahibinin başını əzdi

Xəbər
Dünən, 09:31

Gözəllik salonuna getdiyi üçün bacısını bıçaqladı

Xəbər
10 mart 2026, 18:00

Əhali Bakı restoranlarında 117,7 milyon manat xərcləyib

Xəbər
10 mart 2026, 17:20

Müğənniləri Rusiyaya çağıranlar bazarda işləyənlərdir - Gülüstan Əliyeva

Xəbər
10 mart 2026, 16:20

Bakıda toy müğənnisinin evinə basqın

Xəbər
10 mart 2026, 15:30

Telefonu corabında gizlətdi, həbs olundu

Xəbər
10 mart 2026, 15:26

"Balacalar Teatrı": Fərqlilikdən doğan böyük sənət - REPORTAJ

Xəbər
10 mart 2026, 14:30

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

Xəbər
10 mart 2026, 14:29

Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama

Xəbər
10 mart 2026, 13:30

Yararsız döyüş sursatları məhv ediləcək

Xəbər
10 mart 2026, 12:30

Azərbaycan Prezidentinin tapşırığına əsasən İrana humanitar yardım yola salınıb

Xəbər
10 mart 2026, 11:30

Yaxın Şərqdəki vəziyyətə görə Bakıdakı tədbir təxirə salındı

Xəbər
10 mart 2026, 10:03

Hüseyn Cavidin mənəvi oğullarından biri də vəfat etdi

Xəbər
10 mart 2026, 09:21

Premyer Liqa: "Sabah" "Qəbələ"ni qəbul edəcək

Oxşar xəbərlər