top
Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir
13 yanvar 2026, 14:03
- +

Uşağınız niyə sizə deyil, naməlum bloggerlərə inanır? –  Mütəxəssis izah edir

"Yeniyetməlik dövrünün əsas cəhətlərindən biri də müstəqilliyə can atmalardır".

Bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində klinik uşaq psixoloqu Elnarə Baxışlı açıqlayıb.

Onun sözlərinə görə, bu müstəqillik anlayışı onlar üçün subyektivdir:

"Müstəqil olmaq valideynlərin nəzarət və qadağalarından azad olmaqdır, böyüklərin həyat tərzinə can atmaqdır: pul qazanmaq, istədiklərini ala bilmək, maşın sürmək, evə gec gəlmək və s. Məhrum olduğunu düşündüyü həyat tərzini yaşamaq istəyidir: içki içmək, siqaret çəkmək, dostları ilə bütün gecə şəhərdə gəzmək və s. Problemli ailələrdə müstəqilliyə can atmanın ən əsas səbəbləri pul qazanmaqla ailədən uzaqlaşa bilmək istəyidir. Həmçinin sevdiyi şəxslə sərbəst görüşmək istəyi ola bilər. Universitetə daxil olmaq həvəsi çox zaman bu istəklərin gizli forması olur".

Klinik uşaq psixoloqu qeyd edib ki, valideynlər bu yaş dövründə azadlığın bir məsuliyyət olduğunu təlqin etməlidirlər:

"Məsuliyyət, cavabdehlik, intizam uşaqlarda tədricən şəxsi nümunə əsasında və həyat təcrübəsi ilə formalaşmalıdır. Bunu ilk 8-9 yaşlarında özünəqulluq bacarıqları əsasında alışdırmaq lazımdır. Uşağın gücü yetdiyi kiçik, zaman alacaq ev işlərinə cəlb edilməsi vacibdir. Uşaq böyüdükcə bu zaman müddəti və işin gücü artırıla bilər. Həmçinin, özü ilə bağlı öhdəlikləri: çantasını toplamaq, ev tapşırıqlarını yerinə yetirmək, kiçik bacı qardaşına kömək etmək və s. Müstəqilliyin özü ilə bağlı qərarların verilməsi vacibdir: hansı ixtisası bəyənməlidir, geyim tərzini seçməlidir, otağının mebelin seçə bilməlidir. Dostların seçimində, səhv edən insanları tənqid edərkən, müəllimləri tərəfindən özü tənqid edilərkən azad və cəsarətli olmağa çalışan yeniyetmə çətinliklər yaşaya bilər".

E.Baxışlı bildirib ki, valideyn bilməlidir ki, səhv edən övladı acıq vermək, istehza etmək, əzmək və eqolarını üstələmək üçün vasitə deyil:

"Səhv edən övlad valideynin yeni və fərqli variantıdır. Onu qaldırmaq və ona dəstək olmaq lazımdır, ona həyatı tam öyrətmək mümkün deyil. Onu bütün həyat çətinliklərindən azad etmək də mümkün deyil. Amma uşağa hər yıxıldığında təkrar qalxa bilmək bacarığını öyrətmək olar. Səhvini qəbul etməyi, üzr istəməyi, gərəkirsə bağışlamağı öyrənməlidir. Öz nümunəniz ilə özəlliklə".

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Bu marşrutların avtobusları yeniləndi

Xəbər
Dünən, 17:20

Bakıda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Xəbər
Dünən, 16:20

Bakının bəzi yerlərində yağış yağacaq

Xəbər
Dünən, 14:34

15 yaşlı bacısının 30 yaşlı nişanlısını öldürmək istədi - Zorlama şübhəsi…

Xəbər
Dünən, 14:20

Bakıda bloqer sevgilisinin 90 mindən çox pulunu ələ keçirdi

Xəbər
Dünən, 13:20

AzTV Afaq Bəşirqızıya 10 min manat ödəyəcək

Xəbər
Dünən, 12:48

Sosial şəbəkələrdə 16 YAŞ TƏLƏBİ təsdiqləndi - 300 min manatlıq CƏRİMƏ

Xəbər
Dünən, 12:34

Bakıda ucuz və sənədi olan torpağı haradan almaq olar?– Ərazilər və real qiymətlər

Xəbər
Dünən, 12:20

Közərmə lampalarının satışı qadağan edilir

Xəbər
Dünən, 11:20

10 minə yaxın müəllimin əmək müqaviləsinə xitam verildi - NAZİR

Xəbər
Dünən, 11:17

Məşhur telekanal müğənniyə qadağa qoyub - İDDİA

Xəbər
Dünən, 10:27

Masazırda qaz kəsildi

Xəbər
Dünən, 09:08

Milli Sevgililər Günüdür

Xəbər
29 iyun 2026, 18:00

Baş prokuror Xətai rayonunda qəbul keçirəcək

Xəbər
29 iyun 2026, 17:20

Bakıda 63 yaşlı qadın ana oldu

Xəbər
29 iyun 2026, 16:20

İyunun son günü hava necə olacaq?

Xəbər
29 iyun 2026, 15:50

Bakıda qadın ütü ilə döyüldü

Xəbər
29 iyun 2026, 15:20

DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb

Xəbər
29 iyun 2026, 15:07

Rövşən Nəcəfin qohumu olduğunu deyib SOCAR-a aid torpağı satmaq istədi

Xəbər
29 iyun 2026, 14:20

Kişi və qadını oğurlayıblar, qərardan narazıdırlar

Xəbər
29 iyun 2026, 13:25

Bakıda ağaclar tırtıllara görə dərmanlanır

Xəbər
29 iyun 2026, 11:54

Ordumuzda neçə qadın xidmət edir?

Xəbər
29 iyun 2026, 11:50

Bakılı iş adamı bu il 800 milyon dollar qazanıb

Xəbər
29 iyun 2026, 11:27

Bakıda bağlı qapı arxasında qalan şəxslər xilas edildi

Oxşar xəbərlər