Misli Premyer Liqasında bu gün 10-cu tura yekun vurulur.
Bakuplus.az xəbər verir ki, günün ilk görüşündə “Zirə” “Sabah”ı qəbul edib.
Zirə Olimpiya İdman Kompleksində baş tutan matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Görüşdə hesab 7-ci dəqiqədə açılıb. Cesse Sekidika meydan sahiblərinin qapısına yol tapıb.
Rəşad Sadıqovun komandası 90+1-ci dəqiqədə məğlubiyyətdən xilas olub.
“Zirə” turnir cədvəlində 4-cü, “Sabah” isə 5-ci yerdədir. Hər iki komandanın 16 xalı var.