top
Həftəlik bürclər 2 YANVAR - 8 YANVAR
01 yanvar 2023, 10:00
- ↺ +

Həftəlik bürclər 2 YANVAR - 8 YANVAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

QOÇ bürcü


Qarşıdan gələn ilin ilk həftəsi Qoç üçün çox dinamik və aktiv olacaq. Tətil günlərində işləmək məcburiyyətində qalan Qoçlar peşəkar sahədə özünü göstərəcəklər və bu, müdiriyyət tərəfindən dəyərləndiriləcək. İllərdir küsülü olduğunuz insanla barışmalı olacaqsınız: ona bir şans verin ki, səhvlərini düzəltsin. Həftəsonu xoş xəbər eşitməyə hazır olun. Siz bu xəbəri çoxdan gözləyirdiniz. Uğurlu günləriniz 2, 7 yanvar, uğursuz gününüz isə 4 yanvardır.

BUĞA bürcü


Yanvarda narahat olmayacağınız yeganə şey maddi durum olacaq: xoşagəlməz sürprizlər və ya gözlənilməz xərclər olmayacaq. Əmin olmadığınız insanlarla iş birliyi qurmayın: aldadılmaq riskiniz yüksəkdir. “Xeyr!” deməyi bacarın. Yumşaq ürəyiniz var deyə çox insan sizdən istifadə edir. Yeni ildə ətrafınızda olan bir çox insan maskasını atacaq, onların əsl üzlərini görmək sizin üçün xoş olmayacaq. Uğurlu günləriniz 7, 8 yanvar, uğursuz gününüz isə 6 yanvardır.

ƏKİZLƏR bürcü


Əkizlər üçün 2023-cü ilin yanvar ayında yaradıcılıqda əla perspektivlər açılacaq. Çətin layihələri üzərinizə götürə bilərsiniz, mütləq uğur qazanacaqsınız. Həftənin ortalarında sevgi etirafı gözləyin: bir nəfər sizə çoxdan aşiqdir və axır ki, cəsarət tapıb sizə ürəyini açacaq. Bəlkə bu il sizin üçün ən düşərli olacaq: arzularınız gözləmədiyiniz anlarda çin olacaq. Uğurlu günləriniz 2, 5 yanvar, uğursuz gününüz isə 3 yanvardır.

XƏRÇƏNG bürcü


Bu il Şaxta babadan nə istəmişdiniz? Sizin məktubunuz oxunub və tezliklə arzularınız yerinə yetəcək: sadəcə bu il səbirli olmalısınız, tələsik heç bir işi görməyin. Bu həftə ən çox subay oğlanların bəxti gətirəcək: qarşınıza gözəllər-gözəli, ağıllı, tərbiyəli Qar qız çıxacaq. Bu il sizin üçün düşərli olacaq: işsizlər mütləq özünə arzu etdikləri iş tapacaqlar. Uğurlu günləriniz 6, 8 yanvar, uğursuz gününüz isə 2 yanvardır.

ŞİR bürcü


“Şaxta baba, şaxta can, hardasan bu vaxtacan?!” sualını hər il özünə verənlər, Şaxta baba sizi eşidib və istədiklərinizi gec də olsa, mütləq yerinə yetirəcək. Şirlər üçün bu il çox düşərli olacaq, ən əsas da evdə qalmış qızlar üçün: ay qızlar, sevinin, bəxtiniz açılacaq! Evli olanlar və uşaq arzusunda olanlar da xoşbəxt olacaqlar: arzu etdiyiniz mələk dünyaya göz açacaq. Uğurlu günləriniz 6, 8 yanvar, uğursuz gününüz isə 2 yanvardır.

QIZ bürcü


Bu həftə keçən ildən qalan problemlər mütləq həll olunacaq. Həftənin ortasında uğur gətirən qızıl açarı tapacaqsınız: bütün qapılar sizin üçün açıq olacaq. Yanvar ayı ən çox subay oğlanlar üçün düşərli olacaq: ağlınızı biri alacaq, Məcnun kimi sürünəcəksiniz, amma sonda çox xoşbəxt olacaqsınız. Həftəsonu həyat sizə gözəl bir şans verəcək, ondan yararlansanız, bütün il bəy balası kimi yaşayacaqsınız. Uğurlu günləriniz 3, 6 yanvar, uğursuz gününüz isə 4 yanvardır.

TƏRƏZİ bürcü


Tərəzilər bu həftə çox işləməli olacaqlar: sonda bəhrəsini görəcəksiniz, hamı sizdən danışacaq, çox insan paxıllıqdan partlayacaq. Bu il maddi durumunuzda xeyli dəyişiklik olacaq: yeni, gəlirli iş tapmaq, lotereyalarda pul udmaq, müdiriyyət tərəfindən maaşınızın artırılmasını gözləyə bilərsiniz. Sevgi cəbhəsində yanvar ayında yeniliklər gözləməyin, lakin fevral ayında münasibətə başlamaq şansınız olacaq. Həftəsonu özünüzü qoruyun: bir nəfər sizə tələ qurmaq istəyir. Uğurlu günləriniz 5, 7 yanvar, uğursuz gününüz isə 8 yanvardır.

ƏQRƏB bürcü


Əqrəb üçün bu həftə çətin keçəcək: çox güman ki, işdə yeni tapşırıqlar alacaqsınız və məsuliyyət hissi sizə rahatlıq verməyəcək. Lakin unutmayın ki, siz çox ağıllısınız, kreativsiniz və sizin üçün həll olunmayan iş yoxdur. Sonda karyera yüksəlişinə qədər əhəmiyyətli mükafat ala bilərsiniz. Həftəsonu subayların qarşısına çox qısqanc bir insan çıxacaq və onunla münasibət qurmaq sizdən asılı olacaq, o, sizin azadlığınızı əlinizdən alacaq. Uğurlu günləriniz 2, 6 yanvar, uğursuz gününüz isə 3 yanvardır.

OXATAN bürcü


Bu həftə maliyyə məsələlərində sizi çox sevindirəcək gözlənilməz qazanclar olacaq. İşdə sizə yeni tapşırıqlar veriləcək, amma gördüyünüz hər bir işin müqabilində yaxşı bonuslar alacaqsınız. Yanvar ayı sevgi axtaranlar üçün çox uğurlu olacaq: yeni tanışlıqlar, romantik sərgüzəştlər və toyla bitəcək macəralara hazır olun. Həftəsonu kiçik, amma çox dəyərli hədiyyə alacaqsınız. Uğurlu günləriniz 3, 8 yanvar, uğursuz gününüz isə 5 yanvardır.

OĞLAQ bürcü


Bu həftə maliyyə vəziyyətinizi yaxşılaşdırmaq və karyera nərdivanında böyük bir addım atmaq üçün özünüzü göstərməli olacaqsınız. Bütün problemlər, yorğunluq 2022-ci ildə qalacaq. Yeni ildə sizi çox gözəl günlər gözləyir. Həftənin ortasında səyahətə çıxmaq təklifi ala bilərsiniz. Subay qızlar, elçi gözləyin: sizi xoşbəxt edəcək birinin yarı olacaqsınız. Oğlanlar isə diqqətli olmalıdırlar: qarşınıza gözəl qız çıxacaq, lakin onun mələk görünüşünə aldanmayın, maska altında şeytan gizlənib. Uğurlu günləriniz 7, 8 yanvar, uğursuz gününüz isə 4 yanvardır.

DOLÇA bürcü


Bu həftə hamı sizdən danışacaq: başınıza maraqlı hadisələr gələcək və bu, dillərə düşəcək. Keçmişdə səhv buraxmısınız və o, sizi 2023-cü ildə izləyəcək: çalışın, o səhvi tezliklə düzəldin, yoxsa sonu pis ola bilər. Həftəsonu çox böyük uğura imza atacaqsınız: bu, sizin həyatınızda çox böyük rol oynayacaq. Bu ay əks cins üçün çox cəlbedici olacaqsınız: çox adam sizinlə tanış olmaq istəyəcək, könlünüzü almaq üçün hədiyyələr bəxş edəcək. Uğurlu günləriniz 4, 8 yanvar, uğursuz gününüz isə 3 yanvardır.

BALIQLAR bürcü


Yanvar sizə xoş sürprizlər bəxş edəcək, çox sevinəcəksiniz. Rəhbərliklə münasibətlər mükəmməl şəkildə inkişaf edəcək, buna görə də yüksəliş əldə etmək şansınız ola bilər. Ulduzlar sizə bu ay sevdiklərinizlə səyahətə və ya heç olmasa, qısa bir səfərə çıxmaq şansı bəxş edəcək. Şəxsi həyatınızda əvvəllər düşünməyə belə qorxduğunuz bir addımı atmağa qərar verməli olacaqsınız. Bəlkə də münasibətlərinizi yeni mərhələyə keçirməli və ya sevdiyiniz insana hisslərinizi açıqlamalı olacaqsınız. Həftəsonu pullar başınızdan töküləcək. Buna görə müdiriyyətə mütləq təşəkkür edin. Uğurlu günləriniz 3, 6 yanvar, uğursuz gününüz isə 2 yanvardır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:55

Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib

Binəqədi
Bu gün, 16:45

Bakıda müdir işlədiyi supermarketi taladı: 11 min manatlıq çipsi...

Xəbər
Bu gün, 15:02

2 yaşlı uşağın ölümündən sonra dayə yoxa çıxıb – ƏMİSİ DANIŞDI

Xəbər
Bu gün, 14:40

ADY qatarlarında 9 ayda 800-dən çox əşya unudulub

Xəbər
Bu gün, 13:27

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Xəbər
Bu gün, 13:02

Azərbaycanda sürücülük vəsiqəsi alan QADINLARIN SAYI rekord qırıb

Xəbər
Bu gün, 12:48

"VİP Motors"un təsisçisi direktoru məhkəməyə verdi

Xəbər
Bu gün, 12:19

Azərbaycanda bir ildə 95 mindən çox abort qeydə alınıb

Xəbər
Bu gün, 11:29

Azərbaycanda terrorçuluqla bağlı cinayət işi: 8 nəfərə hökm oxundu

Xəbər
Bu gün, 11:19

Media işçilərini döyən şagird iki il sinifdə qalıbmış

Xəbər
Bu gün, 10:25

Amnistiya alan məhkumlarla bağlı mühüm qərar: cəza necə hesablanacaq?

Siyasət
Bu gün, 10:20

Yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:43

Məktəbdəki insidentlə bağlı açıqlama

Xəbər
Bu gün, 09:28

Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər
Bu gün, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
Dünən, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Dünən, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Dünən, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Dünən, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Dünən, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Dünən, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Dünən, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Oxşar xəbərlər