Paytaxtın Səbail rayonunda yerləşən 189-190 saylı tam orta məktəbdə rəhbərlik dəyişib. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az 1News-a istinadən xəbər verir.
Məktəbin direktoru Ceyran Quliyeva müəllimlərdən pul yığması ilə bağlı xəbərlər yayıldıqdan sonra vəzifəsindən azad edilib. Onun yerinə Fayaz Hüseynov adıçəkilən təhsil müəssisəsinə direktor təyin olunub.
F.Hüseynov Bakı şəhəri 60 nömrəli tam orta məktəbinə və 2 nömrəli Texniki-humanitar liseyə rəhbərlik edib.