Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısının alınması zamanı şəhid olan 20 yaşlı Nicat Qarazadənin dəfn mərasimi Bakıda keçirilib. Bu haqda bu gün, 17 sentyabr tarixində Oxu.az məlumat verib.
Hərbçi ilə vida mərasimi Abşeron rayonundakı evində keçirilib. Daha sonra Nicat Qarazadə II Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, erməni təxribatı nəticəsində şəhid olan hərbçilərin sayı 79 nəfərə çatıb.