Bakıda müasir alpinistlər arasında seçilən məşhur Denis Urubkonun müəllif axşamı 21 oktyabr tarixində keçiriləcək. Bu haqda bu gün, 15 oktyabr tarixində Bakuplus.az Azərbaycan Alpinizm Federasiyasına isitnadən məlumat verir.
Bir çox dünya rekordlarına imza atan Denis Urubko "Dünyanın Dağ Tacları"na - hündürlüyü 8 min metri aşan zirvələrə süni oksigenin və hündürlük fəhlələrinin köməyi olmadan 26 dəfə yürüş edib.
Urubko yeni, texniki baxımdan mürəkkəb marşrutların müəllifi, qış ekspedisiyalarının təşkilatçısıdır. İnsan imkanlarının fövqündə olan yürüşlər, unikal təcrübə, şəxsi xarizma, xilas olunmuş onlarla insan həyatı - bütün bunlar Denis Urubko ilə görüşü dinləyicilər üçün yeni üfüqlər aça biləcək parlaq və unudulmaz hadisəyə çevirəcək.
Görüşə giriş sərbəstdir. Tədbirdə iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər.