Azərbaycanlıların haqlı mübarizəsində dəstək olanların sayı 50.000-ə çatdı.
Səsimizi çatdırmaq üçün Fransanın Astana, Moskva və Bakıdakı səfirlikləri qarşısında aksiyalar keçirildi, Fransa senatına qarşı yaradılmış petisiyanın emblemi nümayiş olundu.
Bununla bitmədi! Türkiyənin “Haber Global” TV kanalı mübarizəmiz haqda reportaj hazırladı, İsrailin “İton TV” kanalı petisiyanın həmmüəllifindən müsahibə götürdü.
Bundan əlavə, Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondu petisiya haqqında məqalə yazdı və israilliləri dəstək olmağa çağırdı.
Həmçinin Fransa, İran və Qazaxstan mediası səsimizə səs verdilər və petisiya haqqında paylaşımlar etdilər.
Ölkəmizin müdafiəsinə laqeyd qalmayan və Azərbaycan vətəndaşlarına dəstək göstərən hər bir kəsə minnətdarlığımızı bildiririk!
Siz də Fransa senatına öz səsinizi çatdırmaq istəyirsinizsə, aşağıdakı linklərə keçid edərək səs verin.
Petisiyanın Azərbaycan dilində imzalanma qaydası
Petisiyanın rus dilində imzalanma qaydası
Petisiyanın türk dilində imzalanma qaydası
Petisiyanın fars dilində imzalanma qaydası
Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq