top
90-cı illərin Maykl Ceksonu kimdir?
10 sentyabr 2022, 06:15
- ↺ +

90-cı illərin Maykl Ceksonu kimdir?

Yaxın günlərdə səhifəmizdə Maykl Ceksonu təqlid edən şəxsin videogörüntülərini paylaşmışdıq. İzləyicilərimiz tərəfindən böyük maraqla qarşılanan görüntülərin sahibini axtarıb tapdıq.

Həmin şəxsin keçmiş rəqqas və xoreoqraf, "League X" (League X) breykerlər Liqasının, "Space" şou-baletinin yaradıcısı, eyni zamanda televiziya proqramlarının prodüseri Seymur Həmidov olduğu məlum olub. Seymur müəllim son illərdə “Cinemaplus” kinoteatrlar şəbəkəsinin direktor müavini, “Cinemazdeh”in icraçı direktoru, AzTV kanalında prodüser kimi fəaliyyət göstərib. Hazırda şəxsi bizneslə məşğuldur.

Onunla müsahibəni təqdim edirik:


  • Bu təqlidi etmək kimin fikri idi?


Maykl Ceksonun Bakıya gəlişi ilə bağlı klip çəkmək ideyası Mir TV şirkətinə məxsusdur, buna görə onlara son dərəcə minnətdaram.

 


  • Bu görüntülər sizə məşhurluq qazandırdı?


 

Əlbəttə! 90–cı illərdə şəhərimizin bütün əsas məkanlarında çıxış etdim. Ən yaddaqalan və populyarlığa səbəb olan isə çıxışlardan sonra soyunub-geyinmə otağımda yaranan valideyn növbəsi oldu. Onlar məndən uşaqları ilə şəkil çəkdirməyimi xahiş edirdilər. Bu, çox təsirli idi.

 


  • Bu ideyanı gerçəkləşdirən zaman hansı çətinliklərlə üzləşdiniz? Və cəmiyyətin həmin dövr üçün reaksiyası necə oldu?


Ən problemli və gülməlisi parik axtarışı idi. Həmin vaxtlar nəsə tapmaq, ümumiyyətlə, çətin idi. Videodan da göründüyü kimi, uyğun parik tapılmayıb (gülür). Çəkilişdən bir müddət sonra bütün şəhərdə Maykl Ceksonun Bakıda olması barədə söz-söhbət gəzirdi. Tanışlarımdan tez-tez onunla görüşüb-görüşmədiyim barədə sualı eşidirdim.

 


  • Fikrinizcə, keçən əsrin 90-cı illərinin gəncləri daha müasir idi, ya 21 əsrin?


Zamanla ayaqlaşan istedadlı insanlar həmin illərdə də var idi, müasir dövrümüzdə də var.

 


  • Daha hansı məşhurları parodiya etmisiniz?


Daha heç kəsi.

 


  • Müasir dünya musiqiləri barədə nə düşünürsünüz?


Müasir musiqi hər zaman olub, var və olacaq, lakin bütün yeniliklər arasında ən layiqlisi, əziz olanı hamının yaddaşında və tarixdə qalacaq. Eyni ilə Maykl Cekson kimi.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Dünən, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Dünən, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Dünən, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
30 sentyabr 2026, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
30 sentyabr 2026, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
30 sentyabr 2026, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
30 sentyabr 2026, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
30 sentyabr 2026, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Xəbər
30 sentyabr 2026, 15:00

Ombudsmanın maaşı 4 dəfə artırıldı - 12 min manat oldu

Xəbər
30 sentyabr 2026, 14:37

Rəssam  77 yaşında vəfat etdi

Xəbər
30 sentyabr 2026, 14:07

Azərbaycan əsilli SABI özəl çıxışına görə 100 min dollar qonorar alıb

Xəbər
30 sentyabr 2026, 13:26

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

Xəbər
30 sentyabr 2026, 12:56

Bakıda sabahın hava proqnozu

Xəbər
30 sentyabr 2026, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Oxşar xəbərlər