Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloqları şagirdin döyüldüyü məktəbdə olublar. Bu haqda 4 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Belə ki, uşaqlarla zəruri söhbət aparılıb, müvafiq dəstəkləyici tədbirlərin həyata keçirilməsi qərara alınıb.
112 nömrəli tam orta məktəbdən verilən məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülər 30 sentyabr tarixində tənəffüz zamanı baş verib:
"Həmin şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb. Görüntüləri çəkən şagird həmin gün məktəbə iki mobil telefon gətirərək birini sinif rəhbərinə təhvil versə də, digərini özündə saxlayıb. Sinif rəhbəri hadisədən xəbərdar olan kimi şagirdlərlə söhbət aparıb. Onlar səhvlərini anladıqlarını və artıq barışdıqlarını bildiriblər”.