“Amburan” istirahət mərkəzində “Sağlam həyat” günü keçiriləcək. Bu haqda 2 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Tədbir 4 sentyabr saat 10:00-dan 17:00-dək davam edəcək. Müəyyən olunmuş idman normativlərini yerinə yetirməklə öz fiziki bacarıqlarını sınamaq istəyən 10 müxtəlif yaş qrupu üzrə hər kəs tədbirdə iştirak edə bilər.
Nəticələrə əsasən, müvafiq olaraq “qızıl”, “gümüş” və “bürünc” sertifikatlar təqdim ediləcək.