Bakıda “Təhlükəsiz zona” adlı qrup sərgisi keçiriləcək. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az “ARTIM” layihəsinə istinadən xəbər verir.
Sərgi “Digər məkanlar haqqında: Utopiya və heterotopiya” adlı konsepsiya əsasında yaradılıb.
Tədbir 10 noyabr saat 19:00-da başlayacaq və 5 fevral tarixinə qədər davam edəcək. Giriş sərbəstdir. Ünvan: İçərişəhər, Kiçik Qala küçəsi 5.
Tədbirdə gənc rəssamlar Lali Binyatova, Nadir Eminov, İslam Həsənəlizadə, Katya İqoşina, Pərviz Kazımlı, Leylaxanım Qənbərli, İlkin Quliyev, Maksim Tatarintsevin əsərləri nümayiş olunacaq.