Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələr 42 ildən sonra yenidən görüşüblər. Bu haqda bu gün, 5 oktyabr tarixində Baku.ws məlumat verib.
1976-1980-ci illərdə təhsil almış Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunları təhsil müəssisəsinə qayıdıb və tələbə hisslərini yenidən yaşayıblar.
Tələbəlik illərindən qorunub saxlanılan münasibətlər və mənəvi dəyərlər onları yenidən bir araya gətirib.