Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinə geyim, makiyaj və saqqal ilə bağlı qadağaların qoyulması barədə məlumat yayılıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Belə ki, universitetin WhatsApp qruplarının birində bildirilib ki, rəhbərliyin göstərişi ilə universitetə gələrkən oğlan tələbələr üzləri təmiz (taraş olunmuş) formada gəlməlidirlər. Qız tələbələr isə uzun dırnaqları səliqəyə salınmış və açıq olmayan (cırıq, qısa olmayan) sadə geyimlər geyinməlidirlər. Bütün tələbələr bu qaydalara ciddi əməl etməlidirlər. Əks halda müvafiq addımlar atılacaq.
Məsələ ilə bağlı ADPU-nun mətbuat xidmətindən cavab verildi ki, rəhbərliyin belə bir göstərişi olmayıb və məktubun kim tərəfindən göndərildiyi araşdırılır.