“Azəristilik”dən bu qış mövsümündə istiliklə bağlı problemlərin yaşanmayacağı deyilib. Bu haqda BakuPlus.az Real TV-yə istinadən bu gün, 27 sentyabr tarixində xəbər verir.
“Azəristiliktəchizat” ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov bildirib ki, paytaxtdakı çoxmənzilli hündürmərtəbəli binaların 80 faizi istiliklə təmin ediləcək:
“Bizim bütün borular, istilik sistemi və avadanlıqlar nəzarətdən keçirilir. Üz qatlıqları bərpa edilir, əgər lazım gələrsə yenisi ilə əvəz edilir”.
Bundan əlavə, qurum rəsmisi vətəndaşları istilik resurslarından səmərəli istifadə etməyə çağırıb.