Yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması planlaşdırılır. Bu haqda bu gün, 17 sentyabr tarixində Modern.az məlumat verib.
“Artıq 2022-2023-cü illər istilik mövsümündən başlayaraq pilot layihə olaraq müxtəliftipli yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur”, - “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
Mətbuat katibi əlavə edib ki, qurum həmin məsələ ilə bağlı artıq müvafiq şirkətlərlə danşıqlara başlayıb.
Hazırda istilik tarifləri yaşayış sahəsinə görə hesablanır. Sayğaclar isə konkret verilən istilik enerjisinin miqdarını ölçəcək və hesablaşmalar da bunun əsasında aparılacaq.