Sosial şəbəkələrdə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərovun vəzifəsindən azad edildiyi baradə məlumat yayılıb. Bu haqda bu gün, 5 noyabr tarixində Bakuplus.az məlumat verir.
Əsgərovun vəzifədən azad edilməsi ilə bağlı Prezidentin Sərəncamı dərc olunmayıb. Bu gün yayılan Sərəncamda “Azərbaycan Hava Yollar” QSC-nin (AZAL) vitse-prezidenti Samir Rzayev qurumun 1-ci vitse-prezidenti təyin edilib.
Sərəncama əsasən, qurumun digər 1-ci vitse-prezidenti Sabir İlyasov, vitse-prezidentləri İlham Əmirov, Fərdil Məmmədov və Eldar Hacıyev öz vəzifələrində qaldıqları bildirilir.
İndiyə qədər isə idarə heyətinin tərkibi 7 nəfərdən: prezident, birinci vitse-prezident və digər vitse-prezidentlərdən ibarət olub.