top
Böyük Britaniyanın Bakıdakı səfirliyi dövlət bayrağını endirib
09 sentyabr 2022, 06:45
- ↺ +

Böyük Britaniyanın Bakıdakı səfirliyi dövlət bayrağını endirib

Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib. Bu haqda bu gün, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Ould öz Twitter səhifəsində bildirib.

Həmçinin Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Filip Barklinin Azərbaycan dilində çıxışı diplomatik nümayəndəliyin Facebook səhifəsində yerləşdirilib. O qeyd edib ki, kraliça bütün həyatını xalqına fədakar xidmətə həsr edib. “Bu itkini dünyada bir çox insan hiss edəcək”, - deyə Barkli əlavə edib.

Eləcə də kraliçanın vəfatı ilə bağlı qeyd buraxmaq istəyənlər üçün diplomatik nümayəndəlikdə matəm kitabı açılıb. Dünyanın hər yerindən insanlar onlayn olaraq açıq olan yas kitabında kraliçanın ölümü ilə bağlı başsağlığı verə bilərlər.

8 sentyabr 2022-ci il tarixində Böyük Britaniya kraliçası II Elizabet 96 yaşında vəfat edib. O, ölkəni 70 il idarə etmişdir. Ölümündən sonra kraliçanın böyük oğlu və varisi, keçmiş Uels şahzadəsi Çarlz Birləşmiş Krallığın kralı təyin olunacaq. Kraliça II Elizabet Britaniya tarixində ən uzun müddət hakimiyyətdə olan monarx idi.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
Dünən, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
Dünən, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Xəbər
Dünən, 15:57

Ramiz Mehdiyevin ailəsinin BOKT-ı ləğv edildi

Xəbər
Dünən, 15:09

Bakıda qumardan 5 milyon qazanan dəstə həbs olundu - VİDEO

Xəbər
Dünən, 14:30

Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək

Xəbər
Dünən, 12:50

Bakıda 36 kiloqram narkotik vasitə aşkarlandı

Xəbər
Dünən, 12:26

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi öldü

Xəbər
Dünən, 11:35

Ötən gün 56 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:44

İnterpolun axtardığı şəxs Polşadan Azərbaycana göndərildi

Xəbər
Dünən, 10:28

Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

Xəbər
Dünən, 09:47

Bu gündən əsgərlər ehtiyata buraxılır

Aktual Xəbərlər
Dünən, 00:10

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

Xəbər
30 sentyabr 2026, 18:00

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib

Xəbər
30 sentyabr 2026, 17:36

İllik elektron pul köçürmələrində yeni hədd: aylıq 50 min manat - YENİLƏNİB

Xəbər
30 sentyabr 2026, 17:05

Bakıda elektron qəlyana görə adam öldürməyə cəhd edən yeniyetməyə HÖKM OXUNDU

Xəbər
30 sentyabr 2026, 15:56

Bakıda yaşayan Diana Pakistanda təcavüzə məruz qaldı  - vətənə göndəriləcək

Xəbər
30 sentyabr 2026, 15:30

"Su günlərdir ki, boş-boşuna axır" - ŞİKAYƏT

Xəbər
30 sentyabr 2026, 15:00

Ombudsmanın maaşı 4 dəfə artırıldı - 12 min manat oldu

Xəbər
30 sentyabr 2026, 14:37

Rəssam  77 yaşında vəfat etdi

Xəbər
30 sentyabr 2026, 14:07

Azərbaycan əsilli SABI özəl çıxışına görə 100 min dollar qonorar alıb

Xəbər
30 sentyabr 2026, 13:26

KFC-də masanın üstündən telefon oğurladı - Cəzası bəlli oldu

Xəbər
30 sentyabr 2026, 12:56

Bakıda sabahın hava proqnozu

Xəbər
30 sentyabr 2026, 12:07

Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı

Oxşar xəbərlər