“ASAN xidmət” mərkəzində qanvermə aksiyası baş tutacaq. Bu haqda 2 sentyabr tarixində Bakuplus.az məlumat verir.
5 Sentyabr - Beynəlxalq Xeyriyyəçilik Günü ilə əlaqədar olaraq “1 Qan 1 Həyat” adı altında qanvermə aksiyası keçiriləcək.
Aksiyada iştirak etmək istəyənlər 3 sentyabr saat 11:00-14:00 aralığında 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə yaxınlaşa bilərlər.