Bu gün, 3 oktyabr tarixində uşaqların məktəbəqədər hazırlıq dərsləri başlayıb. Ümumilikdə, 2022-2023-cü illərdə dövlət təhsil müəssisələrində yaradılan hazırlıq qruplarında 22.733 uşaq təhsil alacaq. Bu haqda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti məlumat verib.
Dərslər həftədə 4 dəfə aparılacaq. Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri keçirilir.
Hazırlıq qrupları dərs ilini mayın 31-də başa vuracaq.