Bakıda məktəblinin öz sinif yoldaşı tərəfindən döyülməsi görüntüləri ilə bağlı polis araşdırmalara başlayıb. Bu haqda 4 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Belə ki, Sabunçu rayon 112 saylı tam orta məktəbə cəlb olunan polis əməkdaşları məktəb rəhbərliyinin, hadisə şahidlərinin ifadələrini alırlar.
Həmçinin hər iki şagirdin valideynləri də məktəbə dəvət olunublar. Polis onları da dindirəcək.
Bundan əvvəl sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb.