Sentyabrın 27-si Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının qarşısının alınması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə başlanmış Vətən müharibəsində həlak olan Şəhidlərin Anım Günü qeyd olunacaq. Bu haqda bu gün, 26 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Bu tarix ilə bağlı Bakıda hazırlıq işləri aparılır. Gələcək tədbirlər çərçivəsində Bakının bir sıra küçə və prospektlərində Azərbaycanın dövlət bayraqları asılıb.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
[URIS id=71531]