Bakıda müxtəlif ölkələrin iştirakı ilə “Asiya Sərgisi” keçirilir. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az xəbər verir.
Pakistan, Hindistan, İran, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri kimi ökələrin iştirakı ilə keçirilən sərgidə zərgərlik məmulatları, əl işləri, geyimlər, əl işi dekorasiya məhsulları əldə etmək mümkündür.
Bu gün “11.11” beynəlxalq endirim günü münasibətilə yarmarkada 50 faizədək endirimlər mövcuddur.
Tədbir 8-16 noyabr tarixlərində “Passage 1901”-də təşkil olunacaq. Ünvan: Nigar Rəfibəyli, 12/14 (Köhnə Pasaj bazarı).
[URIS id=78618]