Bakının “Libraff” mağazasında Aysel Cəbrayılovanın kitabının təqdimat və imza günü 19 oktyabr tarixində keçiriləcək. Bu haqda bu gün, 14 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Tədbir Bakının kitab mağazasının Elmlər Akademiyası metro stansiyasının əsas çıxışı ilə üzbəüz filialında saat 19:00-da keçiriləcək.
Bu kitab onlayn platformalarda fəaliyyət planlayan, hazırda fəaliyyət göstərən və nəticələrini yüksəltmək arzusunda olan bütün işgüzar şəxslərə faydalı olacaq. O, bütövlükdə yerli biznes təcrübəsinə əsaslanır. Kitabda onlarla brend nümunəsi, uğur keysi sirri, hərəkət planı təqdim olunub.
Kitabı imzalatmaq üçün öncədən və ya tədbir günü mağazalarımızdan əldə etmək olar.