Bakıda azyaşlı uşağın avtomobil sürdüyü yerdə yayılan videosu qızğın müzakirə olunur. Bununla bağlı müvafiq görüntülər İnstagramda yayılıb.
Altı-yeddi yaşlı oğlan yanında oturan valideynin nəzarəti ilə Zığ şosesində avtomobili idarə edir. Görüntülərdə azyaşlıya daha yavaş sürmək tövsiyəsi eşidilir.
Video sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bəziləri bunu müsbət qarşılayıb və oğlanı tərifləyiblər. Digərləri isə bunun həm uşaq, həm də digər hərəkət iştirakçıları üçün təhlükəli olduğunu qeyd ediblər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli faktla bağlı araşdırmalara başlanıldığını bildirib.