Bakıda bu gün, 5 noyabr tarixində Bahəddin Həzinin “Ölümcül həqiqətlər” kitabının imza günü keçiriləcək. Bu haqda Bakuplus.az məlumat verir.
Tədbir saat 14:00-da “Park Bulvar” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Ali & Nino” mağazasında baş tutacaq.
Bahəddin Həzi 1965-ci ildə anadan olub. O, yazıçılıqla yanaşı, jurnalistika ilə də məşğuldur. “Bizim Yol” qəzetinin baş redaktorudur.