Bakıda 2021-2022-ci tədris ilində işdən çıxarılan məktəb rəhbərlərinin sayı açıqlanıb. Bu haqda 7 sentyabr tarixində Bakuplus.az Bakı şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat yayıb.
Cari il ərzində paytaxt ərazisində yerləşən 11 məktəbin direktoru vəzifəsindən azad olunub, 34-ü intizam məsuliyyətinə cəlb olunub, 33-nə isə xəbərdarlıq edilib.
Həmçinin ötən tədris ilində Bakıda 39 direktor işə qəbul olunub. 113 direktor müavini və 2550 müəllim işə götürülüb.