Paytaxt ərazisində tarixi binaların monitorinqi davam edir. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı Mərdanov qardaşları küçəsində yerləşən tarixi binanın fasadının rəngləndiyi aşkar olunub.
“İcarədar yaşıl rəngi sevir deyə tarixi binanı korlamaq həm absurd, həm də qanun pozuntusudur. Qarşısı alındı və fasad əvvəlki görkəminə qaytarılacaq", - deyə qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova qeyd edib.
Daha öncə, 2 sentyabr tarixində Bakı şəhəri ərazisində tarixi binaların ilkin görünüşünə icazəsiz müdaxilələrin qarşısının alınması üçün yoxlamalara başlanılması haqda məlumat verilmişdir.
[caption id="attachment_70808" align="alignnone" width="640"]
Foto Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Facebook səhifəsi[/caption]