Bakıda “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” ("United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere") mövzusunda seminarın açılışı olub. Bu haqda bu gün, 31 oktyabr tarixində Report məlumat verib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, dünyanın 36 ölkəsindən və dörd qitəsindən tədqiqatçılar iştirak edirlər. Seminara çoxlu sayda alim onlayn qoşulacaq.
Seminarın gözlənilən nəticələrinə həmçinin kosmik hava məlumatlarının toplanması, mübadiləsi və çatdırılması üsullarının, eləcə də modelləşdirmə və proqnozlaşdırma metodlarının dəqiqliyi və etibarlılığının təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması daxildir.
Nəticələr və tövsiyələr BMT Baş Assambleyasına Kosmosdan Dinc Məqsədlə İstifadə üzrə BMT Komitəsinin (COPUOS) hesabatında təqdim olunacaq.
[caption id="attachment_77150" align="alignnone" width="640"]
Foto Report.az saytı[/caption]