Bu gün ərzində küləyin sürətinin artması nəticəsində ölkə ərazisində, o cümlədən Bakıda formalaşan tozlu hava kütlələrinin artması gözlənilir. Bu haqda 13 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin direktoru Gülnarə Abbasova məlumat verib.
Havanın çirklənməsinə avtomatik nəzarət stansiyalarının məlumatına əsasən, hazırda Bakının Nizami rayonunda tozun qatılığı normadan 1,2 dəfə, Səbaildə 1,1 dəfə çoxdur.
Qurumdan bildirilib ki, bu proses qısamüddətlidir.