Bu gün ərzində küləyin sürətinin artması nəticəsində ölkə ərazisində, o cümlədən Bakıda formalaşan tozlu hava kütlələrinin artması gözlənilir. Bu haqda 20 sentyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin direktoru Gülnarə Abbasova məlumat verib.
Havanın çirklənməsinə avtomatik nəzarət stansiyalarının məlumatına əsasən, hazırda Bakının Səbail rayonunda tozun qatılığı normadan 1,1 dəfə çoxdur.
Qurumdan bildirilib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir.