Bakıya “Fil və dostları” adlı beynəlxalq sirk proqramı gəlir. Bu haqda BakuPlus.az Bakı Dövlət Sirkinin mətbuat xidmətinə istinadən bu gün, 8 sentyabr tarixində xəbər verir.
Proqramın təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.
Sirk proqramında ərəb atlarının xüsusi performansı, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastlarının fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları tamaşaçılara təqdim olunacaq.
Beynəlxalq sirk proqramı oktyabrın 14-dən noyabrın 27-dək davam edəcək.
Proqram ilk olaraq şəhid və qazi ailələri üçün xeyriyyə məqsədilə nümayiş olunacaq.