Sabah, 15 noyabr tarixindən etibarən Bakıda mənzillərə, təhsil müəssisələrinə, tibb müəssisələrinə və digər sosial obyektlərə istilik veriləcək. Bu haqda bu gün, 14 noyabr tarixndə Bakuplus.az “Azəristiliktəchizat” ASC-yə istinadən məlumat verir.
Qurumdan verilən məlumata görə, bunu 538 qazanxana və 87 istilik məntəqəsi təmin edəcək.
İstilik mövsümü noyabrın 15-dən başlayaraq aprelin 15-dək davam edəcək.