Paytaxt kinoteatrlarında 29 sentyabrdan etibarən “Köhnə çamadanlar” adlı bədii film nümayiş olunacaq. Bu haqda bu gün, 22 sentyabr tarixində Bakuplus.az kinoteatrlara istinadən xəbər verir.
Əlilliyi olan 20-dən çox şəxsin iştirak etdiyi filmdə I Qarabağ müharibəsinin, əsasən, qadınlar olmaqla insanların həyatlarına necə dərin, ağrılı izlər buraxdığı haqda danışılır.
Filmin ssenari müəllifi Sevda Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, quruluşçu rəssamı Əfşan Əsədova, baş prodüseri isə Pərvinə İsmayılovadır.
Layihənin ərsəyə gəlməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, "RS Production" və "OYUN" inklüziv teatrı iştirak ediblər.