Bakıda məktəb direktorları üçün seminar keçirilib. Bu haqda Azərtac 28 oktyabr tarixində xəbər verib. Seminar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri üçün nəzərdə tutulub.
Seminarda Yasamal, Qaradağ, Səbail, Nərimanov, Sabunçu, Xəzər rayonlarının məktəb direktorları iştirak ediblər.
Mehriban Vəliyeva ənənəvi tədrisin bərpa edilməsində xəstəliyə qarşı immuniteti artırmaq üçün hər iki doza vaksin olunmuş müəllimləri ikinci dozadan 6 ay keçdikdən sonra üçüncü doza ilə peyvəndlənməsi prosesində də nümunə olmasını tövsiyə edib.
İdarə müdiri valideyn-məktəb əlaqələrinin səmərəliliyini artırmaq və bu işi günün tələbləri səviyyəsində qurmaq məqsədilə İctimai Şuranın yaradılmasının zəruriliyini nəzərə çatdırıb.
İdarə müdiri yeni təyin olunmuş məktəb direktorlarını kollektivə təqdim edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Təlimə Dəstək Mərkəzinin direktor müavini Zaur Balaqadaşov ümumi təhsil müəssisələrində layihə olimpiadaları, STEAM və “Rəqəmsal bacarıqlar” pilot layihələrinin tətbiqi ilə bağlı məlumat verib.
Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.