Sabunçu rayonu 178 saylı tam orta məktəbdə şagirdlərlə yol hərəkəti qaydalarına həsr olunmuş tədbir keçirilib. Bu haqda BakuPlus.az Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin mətbuat xidmətinə istinadən bu gün, 18 oktyabr tarixində xəbər verir.
Tədbirdə Bakı DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli, İdarənin inspektoru, polis leytenantı Rüstəm Əhmədli, Sabunçu rayonu Dövlət Yol Polis İdarəsinin inspektoru, polis kapitanı Yaqub Piriyev və Sabunçu rayonu Dövlət Yol-Patrul Xidmətinin əməkdaşları iştirak ediblər.
Məqsəd uşaqlara yol hərəkəti qaydalarını aşılamaq, onları yollardakı təhlükələrdən qorumaqdır. Bu, eyni zamanda Daxili İşlər Nazirliyinin “Diqqət, uşaqlar!” aylığı çərçivəsində keçirilən tədbirlərin bir hissəsidir.
[caption id="attachment_75312" align="alignnone" width="640"]
Foto Media Baku Youtube kanalı[/caption]