Bakıda ən çox avtoqəza hansı prospektdə baş verir? Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Paytaxtın ən sıx prospekti sayılan Ziya Bünyadov prospektində ən çox yol-nəqliyyat hadisəsi baş verir. Belə ki, hər gün təxminən 200.000 avtomobilin istifadə etdiyi yolda həftə ərzində 20-25 avtoqəza baş verir. Bu da prospektə böyük sıxlığın yaranmasına gətirib çıxarır.
Qəzaların baş verməsinin əsas səbəblərindən biri sürücülərin yol qaydalarını daim pozmaları göstərilir.
NİİM vətəndaşlardan xahiş edir ki, yol hərəkəti qaydalarına ciddi əməl etsinlər və digər hərəkət iştirakçılarına qarşı nəzakətli davransınlar.