Paytaxtda 13-cü Bakı Beynəlxalq Qısa Film Festivalı başlayır. Bu haqda bu gün, 9 noyabr tarixində Bakuplus.az festivala istinadən xəbər verir.
Tədbir 11-15 noyabr tarixlərində Nizami Kino Mərkəzində təşkil olunacaq. 5 gün ərzində müxtəlif qısa filmlər mərkəzin zallarında nümayiş olunacaq. Filmləri seyr etmək istəyənlər mərkəzə ödənişsiz girə biləcəklər.