Bakıda Azərbaycan Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə “IT-Academy”nin rəsmi açılış mərasimi keçiriləcək. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 31 oktyabr tarixində xəbər verir.
Tədbirdə İqtisadiyyat Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəsmi nümayəndələri, “Alqoritmika” Beynəlxalq Proqramlaşdırma və Riyaziyyat Məktəbinin Baş direktoru, həmçinin “IT-Academy”nin tərəfdaşı olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri çıxış edəcəklər.
İkinci hissədə aparıcı İT mütəxəssislərinin təqdimatları olacaq.
Onlar İT sahəsində bilik və təcrübələrini bölüşəcək və “Sıfırdan karyera: yeni başlayanlar üçün İT sahəsinə necə daxil olmaq olar” və “Azərbaycanda İT-nin inkişaf perspektivləri” mövzularında müzakirələr aparacaqlar.