Paytaxtda COVİD-19 xəstələri üçün nəzərdə tutulan tibb müəssisələrinin sayı açıqlanıb. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovun sözlərinə görə, hazırda Bakı şəhəri üzrə 1 tibb müəssisəsi COVİD xəstəxanası kimi fəaliyyət göstərir.
Regionlarda isə modul tipli xəstəxanalar mövcuddur. Ehtiyac yaranarsa, xəstələr həmin xəstəxanalara göndərilir.