Bakıda kafelərin birində sentyabrın 18-i saat 13:00-da rəsm üzrə master-klas keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 12 sentyabr tarixində xəbər verir.
Dərs “Baristica” kafesində payız mənzərəsi üzrə baş tutacaq. Master-klas 35 manata təşkil edilir.
Qiymətə daxil olan xidmətlər:
- rəsm üçün lazım olan bütün ləvazimatlar;
- restoranın menyusundan bir içki;
- master-klasdan şəkillər.
Qeydiyyatdan keçmək üçün təşkilatçılarla əlaqə saxlamaq lazımdır.