Bakıda “Baku Beer” festivalı keçiriləcək. Bu haqda 12 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Festival 17-18 sentyabr tarixlərində “The Orange Grove Baku”da baş tutacaq. Tədbirə gələnləri onlarla növ pivə, pivə qəlyanaltıları və əyləncəli ab-hava gözləyir. Həmçinin tədbirdə ekspertlər çıxış edəcək, barmenlərin oyunları və əyləncə şouları nümayiş olunacaq.
Giriş sərbəstdir.