Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qadın 4 illik sonsuzluqdan sonra üçəm körpələr dünyaya gətirib. Bu haqda 29 sentyabr tarixində Report məlumat verib.
4 il sonsuz olan qadın ekstrakorporal mayalanmadan sonra hamiləliyin 34-cü həftəsində qeysəriyyə əməliyyatı ilə üçəm dünyaya gətirib. Sağlam şəkildə dünyaya gələn körpələr heç bir reanimasiya tədbirinə ehtiyac olmadan evə yola salınıblar.
Qadının 1 qızı və 2 oğlu olub.