Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıda iki 4 aylıq canavar balası satılır. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az məlumat verir.
Videonun altındakı şərhlərə əsasən, bir çox istifadəçi videonun müəllifindən heyvanları təbiətə buraxmağı xahiş edir.
Azərbaycanda vəhşi heyvanların satışı qadağandır. Qanunvericiliyə əsasən, şəhadətnaməsi olmayan vəhşi heyvanların qanunsuz satışına görə fiziki şəxslər 200-300, hüquqi şəxslər isə 3000-5000 manat məbləğində cərimələnir.