Bakıda Ramiz Rövşənə həsr olunana poeziya gecəsi keçiriləcək. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Libraff.az-a istinadən xəbər verir.
Tədbirdə peşəkarlar tərəfindən ifa olunan Ramiz Rövşən yaradıcılığına aid şeirləri dinlənildikdən sonra şairin çıxışı və imza saatı olacaq. Qiraətçilərin siyahısı şəkillərdəki kimidir.
Poeziya gecəsi 29 oktyabr saat 17:00-da “Libraff˝ kitab mağazaları şəbəkəsinin ˝Park Akademiya˝ filialında təşkil olunacaq. Giriş sərbəstdir.
Ünvan: Hüseyn Cavid prospekti, 100, “Elmlər Akademiyası” metro stansiyasının əsas girişi ilə üzbəüz.
[URIS id=76570]