Bakıda sərnişinlərin həyatını təhlükəyə atan 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü işdən çıxarılıb. Bu haqda 29 sentyabr tarixində Qafqazinfo məlumat verib.
Belə ki, sentyabrın 27-də 90-MO-493 dövlət nömrə nişanlı avtobusun sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin avtobusunu ötüb, qarşıdan gələn minik avtomobili ilə toqquşmadan son anda qurtulub.
Görüntü qarşıdan gələn avtomobilin kamerasına düşüb.
Sürücü Bakı Şəhər Yol Polisinə dəvət olunub. Törətdiyi qayda pozuntusuna görə o, altmış manat, üç bal cərimə olunub və işdən azad edilib.