Bakıda səyahətçi İradə Qədirovanın “Əfşan” kitabının imza günü keçiriləcək. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az “Ali and Nino” kitab evinə istinadən xəbər verir.
Tədbir 5 noyabr saat 17:00-da adıçəkilən kitab evinin “Gənclik mall” filialında təşkil olunacaq.
İradə Qədirova səyahətçi, fotoqraf və bloger, eləcə də Azərbaycan Turizm Blogerləri Assosiasiyasının baş katibidir.