Azərbaycan kinosu tarixində ilk dəfə olaraq sahibsiz itlərə həsr olunmuş ilk Azərbaycan filminin premyerası noyabrın 13-də olacaq. Bu haqda bu gün, 10 noyabr tarixində Caliber.az məlumat verib.
“Dog” (“İt”) adlı sənədli film bazar günü, saat 14:00-da Nizami kinoteatrında (3 saylı zal) nümayiş olunacaq. Filmin rejissorları Sitarə İbrahimbəyli və Dadaş Musayevdir.
Film Azərbaycanda sahibsiz itlərlə bağlı vəziyyət, eləcə də XXI əsrdə ölkəmizdə heyvan hüquqları müdafiəçilərinin üzləşdiyi problemlərdən bəhs edir.