Paytaxtın Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyasının qarşısında yerləşən un məmulatları mağazası bağlanıb. Bu haqda bu gün, 20 dekabr tarixində Bakuplus.az xəbər verir.
Ötən gün axşam saatlarında adıçəkilən mağazada məhsulların üzərində siçovulun gəzməsinin videogörüntüləri yayılmışdı.
Bu gün həmin mağazaya dövlət qurumlarının nümayəndələri gələrək obyektin fəaliyyətini dayandırıblar.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2022/12/21.mp4"][/video]